“Azərbaycanda hibrid avtomobillərin idxalında müşahidə olunan kəskin artım əsasən dövlətin son illərdə tətbiq etdiyi ƏDV və gömrük güzəştləri ilə bağlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu güzəştlər həm qiymətləri aşağı saldı, həm də əhalinin yeni texnologiyalara keçidini sürətləndirdi:
“2025-ci ilin ilk 8 ayında idxal həcmi həm miqdar, həm də dəyər ifadəsində rekord səviyyəyə çatıb. Bu, həmçinin ölkənin avtoparkının ekoloji baxımdan daha müasir və qənaətcil avtomobillərlə yenilənməsi baxımından mühüm addımdır. 2026-cı ildən ƏDV güzəştlərinin başa çatması bazarda yeni reallıq yaradacaq. ƏDV-nin tətbiqi avtomobilin son qiymətinə ən azı 15-20% təsir göstərə bilər. Bu isə xüsusilə ikinci əl bazarında bahalaşmaya səbəb olacaq, çünki alıcıların bir qismi daha əlçatan qiymətə görə ikinci əl hibridlərə üz tutacaq. Həmçinin, idxalçı şirkətlər də əvvəlcədən daha çox avtomobil gətirərək süni tələbat yarada bilərlər”.
Ekspert diqqətə çatdırıb ki, uzunmüddətli perspektivdə hökumətin verəcəyi qərar önəmlidir:
“Əgər güzəşt uzadılmasa, yaxın illərdə hibrid avtomobil bazarında kəskin bahalaşma qaçılmazdır. Əksinə, güzəştin davam etməsi isə həm ekoloji siyasətə, həm də vətəndaşların daha sərfəli avtomobil əldə etməsinə xidmət edəcək. 2026-cı il avtomobil bazarı üçün dönüş nöqtəsi ola bilər və alıcıların strateji seçimlərini indidən müəyyənləşdirməsi vacibdir”.
Leyla Turan
Demokrat.az