Saatlıq əmək haqqı Azərbaycan üçün nə qədər realdır? —AÇIQLAMA

GÜNDƏM 18 sentyabr 2025, 15:59
“Saatlıq əmək haqqına keçmək üçün qanunvericilikdə 20-dən çox dəyişiklik tələb olunur. Çünki bizdə minimum əmək haqqı ifadəsi onlarla qanundan keçir”. 

Bunu Demokrat.az-a açıqlamasında "REAL" partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. 

O bildirib ki, bu səbəbdən qanunvericilik bazası təkmilləşdirilməli və minimum əmək haqqının hesablanması mexanizmi dəyişdirilməlidir:

“Bəs minimum əmək haqqı necə hesablanacaq? Məsələn, hazırda minimum əmək haqqı 400 manatdırsa, bu məbləği 5 günlük iş qrafiki və 8 saatlıq iş vaxtına böldükdə saatlıq məbləğ çox aşağı düşür. Bu sahədə geniş islahatlara ehtiyac var. Qanunvericilikdə saatlıq əmək haqqının minimum həddi müəyyən edilməlidir. Bu, vətəndaşlara sərfəli səviyyədə olmalıdır. Ümumiyyətlə, bu ideya məntiqli və doğrudur, dünyanın bir çox ölkəsində tətbiq olunur. Lakin bu ideyanın reallaşdırılması üçün, xüsusilə də minimum əmək haqqının aşağı olduğu Azərbaycan reallığında, geniş və ciddi qanunvericilik bazası formalaşdırılmalıdır".

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top