“Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi təkcə siyasi və iqtisadi münasibətlərin deyil, logistika və turizm sahəsində də yeni mərhələnin başlanğıcı sayıla bilər”.
Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, tranzit və logistika baxımından Azərbaycanın Orta Dəhlizdə və Şimal-Cənub nəqliyyat qovşağında oynadığı rol böyükdür:
“Bunlar BƏƏ limanlarının imkanları ilə birləşdikdə yüklərin şərqdən qərbə və əksinə daşınması üçün optimal marşrut formalaşır. Bu da ölkəmizin regional yükdaşıma mərkəzinə çevrilməsinə şərait yaradır. Turizm sahəsində isə Dubay və Əbu-Dabi kimi böyük turizm mərkəzləri ilə birgə layihələr və kampaniyalar qarşılıqlı marağı artıracaq. Birbaşa uçuşlar, vizasız rejim və yeni turizm məhsulları, həm BƏƏ-dən Azərbaycana, həm də əksinə turist axınını artıra bilər. Ümumilikdə, bu əməkdaşlıq Azərbaycanda investisiya və turizm üçün əlverişli mühitin möhkəmlənməsinə ciddi töhfə verəcək”.
Leyla Turan
Demokrat.az