Bakıda pik saatlarda iki böyük prospektin nəqliyyat yükünü azaltmaq məqsədilə onlara paralel inşa edilən avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.
Demokrat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsi altı hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, ümumi uzunluğu 2,6 km olan qollar, rampalar və yanaşma yolları da layihəyə daxildir.



