YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

İraq hökuməti kürd muxtar bölgəsində nəzarəti ələ almaq qərarı verdi: peşmərgə müharibəyə hazırlaşır - VİDEO

İraq hökuməti kürd muxtar bölgəsində nəzarəti ələ almaq qərarı verdi: peşmərgə müharibəyə hazırlaşır - VİDEO

İraqın Baş naziri Əli əl-Zeydi ölkə nazirliklərinə və təhlükəsizlik xidmətlərinə göstəriş verərək, federal hakimiyyət orqanlarının İraqın muxtar Kürdüstan bölgəsindəki neft ehtiyatlarına və sərhədlərə nəzarəti ələ almasını tapşırıb.

Demokrat.az-ın məlumatına görə, bu qərar iki gün öncə, noyabrın 24-də İraq hökumətinin iclasında qəbul edilmişdi.

İraqın neft naziri Basem Xudeyrin kürd muxtar bölgəsi rəhbərliyini federal "Şimal Neft Şirkəti"nə (North Oil Company) məxsus neft yataqları üzərində "icazəsiz nəzarət" həyata keçirməkdə ittiham etdiyi və həmin yataqların mərkəzi hakimiyyətin idarəçiliyinə qaytarılmasını tələb etdiyi bildirilib.

Nazirin sözlərinə görə, aparılan araşdırma İraqın şimalındakı yataqlardan neft qaçaqmalçılığı edildiyinə dair sübutlar aşkar edib.

İraqın Baş naziri, digər məsələlərlə yanaşı, İraq Kürdüstanı hökumətindən tələb edib ki, İraq Neft Nazirliyinin icazəsi olmadan neft və neft məhsullarının ixracına dair icazələrin verilməsindən çəkinsinlər.

Nazirliyə Diyala, Kərkük, Nineviya və Səlahəddin əyalətlərindəki (Diyala və Kərkük kürd bölgəsinin ərazisinə düşür) neft yataqlarına nəzarəti ələ keçirmək tapşırılıb. İraq Daxili İşlər Nazirliyinə isə vəziyyəti izləmək məqsədilə neft obyektlərində müşahidə kameraları quraşdırmaq tapşırığı verilib. Bundan əlavə, səlahiyyətli orqanlardan tələb olunur ki, həm İraq əyalətləri daxilində, həm də dövlət sərhədlərindən kənara neft məhsullarının daşınmasını tənzimləyəcək məcburi və vahid bir mexanizm hazırlasınlar.

Sərhəd Mühafizə Xidmətinə İraqla digər ölkələr - ilk növbədə Türkiyə və Suriya - arasındakı bütün qeyri-rəsmi sərhəd keçid məntəqələrini bağlamaq tapşırılıb; bu keçid məntəqələrinin xeyli hissəsi hazırda kürd peşmərgə qüvvələrinin nəzarəti altındadır. İraq hərbi qüvvələrinə isə həmin bölgələrdəki bütün ikinci dərəcəli yolları bağlamaq əmri verilib.

Bağdaddakı mərkəzi hökumətin bu qərarı fonunda, ölkənin şimal bölgəsindən həyəcanlı xəbərlər gəlməkdədir.

Ərbildəki məlumatlı mənbələrin bildirdiyinə görə, kürd qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Onlar muxtar bölgənin cənub inzibati sərhədləri boyunca yoxlama məntəqələri və atəş mövqeləri qurmağa başlayıblar. Bu gün yayılmış görüntülərdə kürd qüvvələrinin buldozerlərdən istifadə edərək səngərlər qazdığı görünür.

Məlumata görə, bu hazırlıqlar, regionda nəzarəti ələ keçirmək üçün, Ərbil, Mosul, Kərkük və başqa şəhərlərdəki bütün kritik infrastrukturu, eləcə də neft yataqlarını, neft kəmərlərini və enerji sektoruna aid digər obyektləri nəzarətə götürmək barədə əmr almış İraq təhlükəsizlik qüvvələrinin bölmələrinə qarşı müqavimət göstərmək məqsədi daşıyır.

Alparslan

NE
Nihadə Eyyubova