YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal

Hədiyyə etdiyi telefondan uyğunsuz şəkilləri tapıldı, əri şantaj etdi

Hədiyyə etdiyi telefondan uyğunsuz şəkilləri tapıldı, əri şantaj etdi

Hədiyyə verilən smartfonun şəxsi hesabındakı görüntülər rayon sakininin başına bəla açıb. Hadisə nəticəsində şantaja məruz qalan qadın polisin müdaxiləsi ilə ədalətə nail olub.

Demokrat.az xəbər verir ki, qadın keçmişdə işlətdiyi "iPhone" cihazını rəfiqəsinə bağışlayıb. Həmin qadının 2002-ci il təvəllüdlü həyat yoldaşı Xəzər Qəniyev (ad və soyad şərtidir) telefonun "Google" hesabını yoxlayarkən uyğunsuz fotolar tapıb.

Şəkilləri yaymaq hədəsi ilə qadından pul qoparmaq planı qurulub. Xəzər Qəniyev zərərçəkəndən 300 manat alıb. Bu işdə ona 20 yaşlı tanışı Kərim Hənifəyev kömək edib.

Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra hər iki şəxs saxlanılıb. Toplanmış materiallar əsasında cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərin əməlləri tam sübuta yetirilib. Hökmə əsasən, Xəzər Qəniyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kərim Hənifəyev isə 6 il həbs cəzası alıb.

Zərərçəkən tərəf dəymiş mənəvi ziyana görə də iddiasını irəli sürüb. Məhkəmə qərarı ilə hər iki şəxs müştərək qaydada qadına 5000 manat təzminat ödəməlidir. (xitab 24.az)

NE
Nihadə Eyyubova