YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Həm qonşularla dalaşdı, həm də əri ilə — Bel sapı ilə döyüldü

Həm qonşularla dalaşdı, həm də əri ilə — Bel sapı ilə döyüldü

Şəmkir rayonunda 49 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Tamerlan Şəmkir rayonunun kəndlərindən birində yerləşən yaşadığı evin qarşısında arvadı Zümrüdlə (adlar şərtidir – red.) mübahisə edib.

Mübahisəyə Zümrüdün müxtəlif səbəblərdən qonşularla mübahisə etməsi və qonşuların bu barədə Tamerlana şikayət etməsi səbəb olub. Tərəflər qarşılıqlı olaraq bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər.

Daha sonra Tamerlan bel sapı ilə arvadının büzdüm nahiyəsinə qəsdən zərbə vuraraq ona xəsarət yetirib.

Tamerlan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində bildirib ki, son vaxtlar Zümrüd qonşularla mübahisə etdiyi üçün qonşular ona şikayət ediblər:

"Məlum hadisə günü saat 10 radələrində kənddəki evimin qarşısında qonşularla dalaşmasına görə Zümrüdə irad bildirdim. Bu zaman o, mənimlə mübahisə etməyə başladı. Hər ikimiz bir-birimizə nalayiq ifadələr işlətdik. Mən də əsəbləşərək bel sapı ilə onu vurdum".

Tamerlan ifadəsinin sonunda əməlinə görə peşman olduğunu, Zümrüddən üzr istədiyini və onunla barışdığını bildirib.

Zərərçəkmiş Zümrüd də əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığını söyləyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Tamerlan barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor