"Deportivo"nun hücumçusu Pyer-Emerik Obameyanq avtomobil qəzasına düşüb.
Demokrat.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, hadisə noyabrın 26-da səhər saatlarında La-Korunya yaxınlığında qeydə alınıb.
37 yaşlı futbolçu məşqə yollanarkən idarə etdiyi avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə, hər iki avtomobilə maddi ziyan dəyib.
Qəzadan sonra Obameyanq şəxsi avtomobili ilə klubun məşq bazasına gedib və komanda məşqində iştirak edib.
Qeyd edək ki, futbolçu daha sonra mətbuat konfransında hadisə ilə bağlı danışıb.



