YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

İsveç Rusiyanın Stokholmdakı səfirini XİN-ə çağırıb

İsveç Rusiyanın Stokholmdakı səfirini XİN-ə çağırıb

İsveç Xarici İşlər Nazirliyi noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə bağlı Rusiyanın Stokholmdakı səfirini nazirliyə dəvət edib.

Demokrat.az xəbər verir ki, İsveç XİN-in yaydığı bəyanatda bildirilib ki, görüş zamanı Polşanın hava məkanının pozulmasına qarşı rəsmi etiraz ifadə olunub. Həmçinin Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarının hazırlandığı iddiaları pislənib. Kopenhagen bu hadisələrə görə Moskvanı məsul hesab edir.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Polşa və Danimarkaya ölkəsinin dəstəyini ifadə edib. O qeyd edib ki, Rusiyanın Avropa ölkələri arasında parçalanma yaratmaq və Ukraynaya göstərilən dəstəyi zəiflətmək cəhdləri uğursuzluğa düçar olacaq.

Nazir bir daha vurğulayıb ki, Ukraynaya dəstək Stokholmun xarici siyasətinin başlıca prioritetlərindən biri olaraq qalır.

NE
Nihadə Eyyubova