YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

İlon Mask ABŞ-dəki uşaqlara milyardlarla dollar dəyərində SpaceX səhmi paylayacaq

İlon Mask ABŞ-dəki uşaqlara milyardlarla dollar dəyərində SpaceX səhmi paylayacaq

Amerikalı milyarder İlon Mask ABŞ-də yaşayan bütün yetkinlik yaşına çatmayan uşaqlara iki ədəd SpaceX səhmi bağışlamaq qərarına gəlib.

Demokrat.az xəbər verir ki, hədiyyə paketinə daxil olan səhmlərdən biri SpaceX tərəfindən, digəri isə milyarderin şəxsi hesabına təqdim ediləcək.

Məlumata görə, ABŞ-də 18 yaşına çatmamış təxminən 72 milyon uşaq yaşayır. Bir səhmin qiymətinin 127 dollardan artıq olduğu nəzərə alınarsa, təşəbbüsün ümumi maliyyə həcmi təxminən 18,36 milyard dollar təşkil edir.

Maskın sözlərinə görə, şirkət tərəfindən ayrılan səhmlərin gələn ay, onun şəxsi vəsaiti hesabına veriləcək səhmlərin isə 2027-ci ilin iyununda paylanması nəzərdə tutulur.

Qeyd edək ki, milyarder ötən ilin oktyabrında hər uşağa bir SpaceX səhmi verməyi vəd etmişdi. Sonradan isə bu hədiyyənin həcmini iki dəfə artırmaq qərarına gəlib.

NE
Nihadə Eyyubova