YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

Babəkdə ağır qəza: Beş nəfər xəsarət aldı

Babəkdə ağır qəza: Beş nəfər xəsarət aldı

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Changan" və "AZSamand" markalı avtomobillərin toqquşub.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Mehman Qənbər oğlu Qənbərov, 1988-ci il təvəllüdlü Anar Asəf oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Əsəd oğlu Şirinov, 1991-ci il təvəllüdlü Nərmin İsmayıl qızı Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Hidayət qızı Qənbərova xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (Report)

NE
Nihadə Eyyubova