Rusiya Prezidenti Vladimir Putin Almatıdan olan məktəbli ilə söhbəti zamanı kainatda ağıllı həyatın olub-olmaması barədə sual verib.
Demokrat.az xəbər verir ki, hadisə "Süni İntellekt Dünyasına Səyahət" adlı konfransda qeydə alınıb.
Kosmosun tədqiqinə maraq göstərən məktəbliyə müraciət edən Putin kainatın başqa nöqtələrində ibtidai həyat formalarından əlavə, şüurlu varlıqların da yaşayıb-yaşamadığını soruşub.
Məktəbli bu suala "Bəlkə də var" cavabını verib. Rusiya Prezidenti isə gülümsəyərək ona intellektual fəaliyyətində uğurlar arzulayıb.



