YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Türkiyədə 7 tanınmış şəxsə 5 illik narkotik testi öhdəliyi qoyulub

Türkiyədə 7 tanınmış şəxsə 5 illik narkotik testi öhdəliyi qoyulub

Türkiyədə narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində 7 tanınmış şəxslə bağlı yeni qərar qəbul edilib.

Qərar aktyorlar Berrak Tüzünataç, Kaan Yıldırım, Kubilay Aka və Metin Akdülger, müğənnilər Anıl Piyancı və Yusuf Güney, həmçinin sosial media fenomeni Şeyma Subaşını əhatə edir.

İstanbul Baş Prokurorluğunun göstərişi ilə adıçəkilən şəxslər barəsində ayrıca hüquqi prosedur başladılıb. Onlar istintaq çərçivəsində müəyyən olunmuş tarixlərdə narkotik testindən keçəcəklər.

Qeyd edək ki, məşhurlar daha əvvəl eyni iş üzrə saxlanılaraq ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

Qəbul edilən son qərara əsasən, onların qarşıdakı 5 il ərzində hər 6 aydan bir narkotik testi verməsi tələb olunur.

NE
Nihadə Eyyubova