Risklər var, sərhədlərin açılmasını bir müddət gözləməliyik — Deputat

GÜNDƏM 18 sentyabr 2025, 15:38
“Sərhədlərin açılması bizim üçün müəyyən təhlükəsizlik riskləri və problemləri yaradır. Ona görə bir müddət gözləməli olduğumuzu düşünürəm”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu, bilavasitə Prezidentin qərarından asılıdır, qərarı yalnız dövlət verə bilər:

“Mən düşünürəm ki, biz bir müddət gözləməliyik. Başa düşürük ki, vətəndaşlar da tələsir, amma hələ gözləməyimiz faydalı olar. Müəyyən təhlükələr, risklər qalmaqdadır. Bu təhlükələr sona çatdıqdan sonra biz artıq bu barədə düşünə bilərik. Ona görə vətəndaşlar da səbrli, təmkinli olmalıdırlar”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top