Şəmkir rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində bu ilin martın 4-də baş verib. 1993-cü il təvəllüdlü Saməddin həmin kənddə yerləşən fərdi yaşayış evinin içərisində həyat yoldaşı Qənirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ər-arvadın arasında mübahisənin yaranmasına səbəb ailə münasibətləri olub. Bu zəminində onların arasında yaranan mübahisə dava-dalaşa çevrilib. Bu vaxt ər arvadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Saməddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 4-də yaşadıqları evdə həyat yoldaşı Qənirə ilə aralarında baş vermiş mübahisə zamanı qəsdlə vuraraq ona xəsarət yetirib: “Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişəm, onunla barışmışam və mehriban ailə münasibətlərimi davam etdirərək birlikdə yaşayırıq”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkənin ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az