Sosial

Saxlanılanların sayı 200-ü keçdi? - FOTO

Saxlanılanların sayı 200-ü keçdi? - FOTO

Bu gün Bakıda metronun "28 May" stansiyası yaxınlığında polisin keçirdiyi əməliyyatlarla ictimai qaydaları kobud şəkildə pozan şəxslər saxlanılıblar.

Demokrat.az Xitab24.az-a istinadən bildirir ki, saxlanılan şəxslərin sayı 200 nəfərdən çoxdur.

Qeyd edək ki, daha öncə də Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

Saxlanılanların sayı 200-ü keçdi? - FOTO

NE
Nihadə Eyyubova