Artıq çəkiyə səbəb olan amillərdən biri də həddindən artıq şirniyyat istehlakıdır. Bəs şirniyyat istəyini azaltmaq üçün hansı qidalara üstünlük vermək lazımdır?
Demokrat.az xəbər verir ki, gün ərzində şirniyyat yemək istəyinə qarşı dura bilməyən şəxslər ilk növbədə bu meylin səbəblərini araşdırmalıdırlar. Şirniyyata olan istək həddindən artıqdırsa və davamlı xarakter daşıyırsa, həkimə müraciət etmək tövsiyə olunur.
Şirniyyat istəyini nəzarətdə saxlamaq üçün qida rasionuna liflə zəngin məhsullar daxil etmək faydalıdır. Qara düyü, bulqur, yulaf, kəpəkli makaron və quru meyvələr toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edə bilər.
Şirin qidalara meyl yarandıqda şəkər əlavə edilməmiş, az yağlı yoqurta üstünlük vermək də mümkündür. Şokolad istəyini isə tünd şokoladla əvəzləmək olar. Bununla belə, onun da miqdarına diqqət yetirmək vacibdir.
Balanslı qidalanma, müntəzəm yemək rejimi və düzgün qida seçimi şirniyyat istehlakını azaltmağa və sağlam çəkinin qorunmasına kömək edə bilər.


