Özəl

Əldə olan pulu artırmaq üçün nə etməli? — Açıqlama

Əldə olan pulu artırmaq üçün nə etməli? — Açıqlama

Əhalinin yığımlarını artırmaq və gələcək maliyyə təhlükəsizliyini təmin etmək üçün müxtəlif investisiya imkanları mövcuddur. Lakin insanların böyük hissəsi vəsaitlərini əsasən bank əmanətlərində saxlamağa üstünlük verir, digər maliyyə alətlərindən istifadə isə geniş yayılmayıb.

Bəs Azərbaycanda insanların investisiya imkanlarını məhdudlaşdıran əsas amillər hansılardır və əhalinin yığımlarını daha səmərəli dəyərləndirməsi üçün hansı addımlar atılmalıdır?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, investisiya imkanlarının məhdud olmasının əsas səbəblərindən biri Azərbaycanda kapital bazarlarının kifayət qədər inkişaf etməməsidir.

Əldə olan pulu artırmaq üçün nə etməli? — Açıqlama

Onun sözlərinə görə, söhbət, xüsusilə, qiymətli kağızlar, səhm və istiqraz bazarlarından gedir:

"Kapital bazarlarının daha yaxşı inkişaf etdiyi ölkələrdə güclü qanunvericilik, qanunların effektiv icrası, müstəqil və peşəkar məhkəmə sistemi, eləcə də şəffaflıq mühüm rol oynayır. Məsələn, vətəndaş bankda əmanət yerləşdirərək illik 10-12 faiz gəlir əldə edə bilər. Bununla yanaşı, səhm və istiqrazlara investisiya qoymaqla daha yüksək gəlir qazanmaq imkanı da mövcuddur. Lakin bu zaman risklər də artır. Bank əmanətlərindən fərqli olaraq, qiymətli kağızlara yatırılan vəsaitlər eyni qaydada qorunmur. Buna görə də investorlar investisiya qərarı verərkən şirkətlərin maliyyə vəziyyətinə və fəaliyyətinin şəffaflığına xüsusi diqqət yetirirlər.

Azərbaycanda şirkətlərin maliyyə hesabatlarının etibarlılığı ilə bağlı narahatlıqlar da kapital bazarlarına marağı məhdudlaşdıran amillərdən biri kimi qiymətləndirilir. Belə ki, bəzi şirkətlərin vergidən yayınmaq məqsədilə mənfəətlərini olduğundan az göstərməsi ehtimalı investorların qərarlarına təsir edə bilər.

Bundan əlavə, şirkətlərdə korporativ idarəetmənin lazımi səviyyədə olmaması, şəffaflığın yetərsizliyi və qanunvericiliyin tətbiqi ilə bağlı problemlər investisiya mühitinə mənfi təsir göstərir. Nəticədə, vətəndaşların vəsaitlərini səhm və istiqraz bazarlarına yönəltməyə inamı zəifləyir".