Müğənni Şöhrət Məmmədovun Azərbaycanı tərk etməsi sosial şəbəkələrdə geniş diqqət çəkib. Sənətçi hava limanından paylaşım edərək ölkə ilə vidalaşdığını bəyan edib.
Məlumata görə, müğənni bu səfərə sakit və gizli şəkildə çıxmaq istəsə də, dostları məsələdən xəbər tutaraq onu yalnız buraxmayıblar. Şöhrət Məmmədov hava limanına gələrək onu yola salan yaxınlarını izləyicilərinə nümayiş etdirib. Sənətçini yola salanlar arasında həmkarları, o cümlədən xanəndə Alma xanım Əhmədova da yer alıb. İfaçının ölkədən gedişi və vidalaşma görüntüləri izləyicilər arasında müxtəlif müzakirələrə yol açıb.(milli.az)


