Sosial

Fabriora Group Əfqanıstan bazarında fəaliyyətini genişləndirir - FOTOLAR

Azərbaycanın gigiyena və məişət məhsulları istehsalçısı "Fabriora Group" beynəlxalq bazarlarda mövqeyini gücləndirmək və ölkənin ixrac potensialını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Şirkətin rəhbəri Gökhan Özkundakçı və təsisçisi İbrahim Uygurun rəhbərliyi ilə Əfqanıstana həyata keçirilən işgüzar səfər çərçivəsində yerli tərəfdaşlarla görüşlər keçirilib və gələcək əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.

"Fabriora Group"un beynəlxalq inkişaf strategiyası yerli istehsal gücünün artırılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsinə əsaslanır. Sentyabrın 10-da cənab Prezidentin açılışında iştirak etdiyi istehsal müəssisəsi şirkətin inkişafında və ixrac imkanlarının genişləndirilməsində mühüm mərhələdir.

Əfqanıstan bazarında fəaliyyətin genişləndirilməsi bu strategiyanın mühüm istiqamətlərindən biridir. Yaxın dövrdə ticarət dövriyyəsinin sürətlə artırılması, distribütorluq fəaliyyətinin inkişaf etdirilməsi və yeni biznes imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Fabriora Group" Əfqanıstanın Herat, Kabul, Məzari-Şərif, Xost, Kunduz, Qəndəhar və Nimruz şəhərlərində satış nümayəndəlikləri yaradıb. Bu nümayəndəliklər vasitəsilə Azərbaycanda istehsal olunan məhsullar Əfqanıstan bazarına çıxarılır və yerli istehlakçılara təqdim olunur.

NE
Nihadə Eyyubova