Türkiyəli Dilhan Divrikli Taylandda keçirilən "Mister Global 2026" beynəlxalq kişi gözəllik müsabiqəsində birinci yeri tutub.
Demokrat.az xəbər verir ki, Nonthaburi şəhərində baş tutan finalda rəqiblərini geridə qoyan Divrikli müsabiqənin qalibi seçilib.
Yarışmada Nigeriyanı təmsil edən Bethel Mbamara ikinci, Filippin təmsilçisi MJ Ordillano isə üçüncü yeri qazanıb.



