Şou-biznes

Özge Gürel Bakıya gəldi – FOTO

Özge Gürel Bakıya gəldi – FOTO

Türkiyəli aktrisa Özge Gürel Bakıdan paylaşım edib.

Demokrat.az xəbər verir ki, aktrisa "44" bədii filminin premyerasında iştirak etmək üçün paytaxta gəlib. O, sosial şəbəkə hesabında Bakı mənzərəsini əks etdirən görüntülər paylaşıb.

Qeyd edək ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunan "44" bədii filminin təqdimatı keçiriləcək. Filmin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək və tarixi yaddaşı qorumaqdır.

Özge Gürel Bakıya gəldi – FOTO