Şou-biznes

"O şəkilləri silin"

O şəkilləri silin

Əməliyyat keçirən müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, sənətçi arıqlamış görüntülərini paylaşan sosial şəbəkə səhifələrinə müraciət edərək fotolarının bu formada yayımlanmamasını istəyib. O, hazırda özünü yaxşı hiss etdiyini və səhhətində narahatlıq olmadığını vurğulayıb.

"Məni belə yayımlamayın. Səhhətim yaxşıdır, özümü çox yaxşı hiss edirəm. Hələ bundan sonra iki əsr də belə yaşayacağam. Hər şey yaxşıdır, gördüyünüz vəziyyətdəyəm. Sadəcə demək istəyirəm ki, meşə çaqqalsız olmaz", - deyə Tacir Şahmalıoğlu bildirib.

Editor
Redaktor