Kriminal

Bakıda qadın ərinə yemək bişirmədiyinə görə döyüldü

Bakıda qadın ərinə yemək bişirmədiyinə görə döyüldü

Bakının Xətai rayonunda 33 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda, M.Hadi küçəsində yerləşən evlərdən birində baş verib.

Şəki rayon sakini, 1992-ci il təvəllüdlü Xudayar yaşadıqları evin yataq otağında arvadı Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, ər-arvad arasında mübahisənin yaranmasına səbəb qadının axşam yeməyi bişirməməsi, ərinin isə ona irad bildirməsi olub. Bu səbəbdən yaranan mübahisə zamanı 33 yaşlı kişi qadının baş nahiyəsinə əli ilə bir neçə dəfə zərbə endirərək onu döyüb və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Xudayarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İşə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkmiş də ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor