Şou-biznes

Mənfi rolları ilə tanınan aktyor vəfat etdi

Mənfi rolları ilə tanınan aktyor vəfat etdi

1960-1970-ci illərdə canlandırdığı obrazlarla tanınan türkiyəli aktyor, şair və yazıçı Nihat Ziyalan vəfat edib.

Demokrat.az xəbər verir ki, aktyor 90 yaşında Avstraliyada dünyasını dəyişib.

Qeyd edək ki, karyerası ərzində çoxsaylı filmlərdə rol alan aktyor canlandırdığı mənfi obrazlarla yadda qalıb. O, Kadir İnanır, Hülya Koçyiğit, Ediz Hun, Lale Belkıs, Türkan Şoray, Fatma Girik və Selma Güneri kimi dövrün bir çox məşhur ulduzu ilə eyni layihəyə çəkilib.

Nihat Ziyalanın rol aldığı ən məşhur filmlər "Seyyit Han (Toprağın Gelini)", "Umutsuzlar", "Sezercik aslan parçası", "Üç kağıtçılar" və "Herşey oğlum için" və digərləridir. (Axşam.az )