Sosial

Bu marşrutların hərəkəti dəyişdiriləcək

Bu marşrutların hərəkəti dəyişdiriləcək

Oktyabrın 13-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

NE
Nihadə Eyyubova