"Putin uzun müddətdir ki, sərhədləri sınağa çəkir"

DÜNYA 17 sentyabr 2025, 23:49
"Azadlığımız yalnız mücərrəd şəkildə deyil, çox konkret şəkildə təhdid altındadır"

Demokrat.az xəbər verir ki, bunu Bundestaqda büdcə müzakirələri zamanı çıxış edən Almaniya kansleri Fridrix Merz deyib.

Ukrayna müharibəsinə də toxunan Merz, Rusiyanın başlatdığı müharibənin Avropa Birliyi (AB) və NATO-da da hiss olunduğunu bildirib.

"Müharibə həyatımıza çox konkret şəkildə təsir edir. Biz bu müharibənin bitməsini istəyirik", - o əlavə edib.

“Kapitulyasiya yalnız Putini növbəti hədəfini axtarmağa cəsarətləndirəcək. Putin uzun müddətdir ki, sərhədləri sınağa çəkir. O, təxribat, casusluq, qətl və iğtişaşları qızışdırmağa çalışır. Amma biz buna imkan verməyəcəyik ", - deyən Merz bu aqressiyanın son vaxtlar Polşa və Rumıniya hava məkanının pozulması ilə nümayiş edildiyini detyib.

Merz bu müharibənin uzun müddət davam edəcəyindən narahatlığını dilə gətirərək Ukraynanı siyasi suverenliyi və ərazi bütövlüyünə güzəştə getməməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top