Azərbaycanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun dəyişdirilir. Dəyişiklikləri ehtiva edən qanun layihəsi artıq parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib.
Dəyişikliyə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 1 ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində 1 ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş vətəndaşlar vəkil ola bilərlər.
Ölkəmizdə vəkilliyə qəbul prosesi uzun illərdir ki, cəmiyyət və ekspertlər tərəfindən müzakirə olunur. Xüsusən Anar Bağırov Vəkillər Kollegiyasının sədri seçildikdən sonra vəkillərin sayının artırılması, dövlət hesabına hüquqi yardımın genişləndirilməsi və məhkəmələrdə vətəndaşların müdafiə imkanlarının gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilmişdi.
Hüquq sahəsində aparılan araşdırmalar göstərir ki, Azərbaycanda vəkil sıxlığı Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır. Əhalinin hər 10 min nəfərinə düşən vəkillərin sayı bəzi ölkələrdə 10-12 nəfər olduğu halda, Azərbaycanda bu göstərici xeyli azdır.
Odur ki, bu dəyişiklik hüquq ictimaiyyəti üçün mühüm dönüş nöqtəsidir. Çünki 3 illik staj tələbi uzun müddət hüquq fakültəsi məzunlarının peşəyə girişində əsas maneələrdən biri kimi göstərilirdi. Artıq vəkillik yoluna çıxış daha sürətlənəcək. Bu, həm bazarda rəqabət, həm də hüquqi yardımın əlçatanlığı baxımından ciddi dəyişiklik vəd edir.
Bu qərarın əsas motivasiyası ilk növbədə hüquqi xidmətlərin keyfiyyəti və əhatə dairəsini artırmaqdır. Azərbaycan regionlarında vəkillərin sayı hələ də tələbatı tam ödəmir. Məhkəmə proseslərində dövlət hesabına hüquqi yardım mexanizmi mövcud olsa da, real vəkil çatışmazlığı həm vətəndaşların hüquqlarını müdafiə imkanlarını, həm də məhkəmə sisteminin effektivliyini məhdudlaşdırır. Staj tələbinin azaldılması gənc hüquqşünasların daha tez vəkil olmasına şərait yaradaraq bu problemi yumşaldır.
Eyni zamanda, 1 illik tələbin peşə keyfiyyətinə mənfi təsir göstərməyəcəyini düşünürəm. Çünki vəkilliyə qəbul prosesi çoxpilləlidir: yazılı test, müsahibə və icbari təlim- bütün bunlar hüquqşünasın nəzəri və praktiki hazırlığını yoxlayır. Əvvəlki 3 illik staj daha çox formal baryer rolunu oynayırdı və gənc hüquqşünasların motivasiyasını azaldırdı.
Bu addım həm də hüquqşünas peşəsinin cazibəsini artırır. Çox zaman gənclər 3 il gözləmək istəmir, özəl sektorda hüquqşünas və ya şirkətlərdə hüquq məsləhətçisi kimi fəaliyyətə üstünlük verirdilər. Kiçik və orta sahibkarlıq sektorunda isə əmək haqqı o qədər də yüksək deyil. İndi isə onlar cəmi 1 ildən sonra vəkillik statusu qazana biləcəklər ki, bu da peşənin nüfuzunu və gənclər üçün cəlbediciliyini artıracaq.
Maraqlıdır ki, bir çox Avropa ölkəsində vəkilliyə qəbulda uzunmüddətli staj tələbi yoxdur. Əsas şərt sınaqlardan keçməkdir. Azərbaycan bu addımla beynəlxalq təcrübəyə uyğunlaşır. Bununla həm də ölkənin hüquqi peşə sistemi qlobal standartlara yaxınlaşır və hüquqşünasların beynəlxalq mübadilə imkanları genişlənir.
Düşünürəm ki, qanun dəyişikliyi layihəsinə bir əlavə də mütləq salınmalıdır.
Təklifim budur ki, hüquq üzrə ikinci (əlavə) ali təhsil alan şəxslərin təhsil müddəti iş stajı kimi tanınsın.
Məlum olduğu kimi, hüquq üzrə ikinci ali təhsil alan şəxslər təhsilə praktikadan qoşulurlar və artıq müəyyən iş stajına malikdirlər. Ölkəmizdə əlavə təhsil qiyabidir və tələbənin hansı sahədə işləməsindən asılı olmayaraq, iş stajının hesablandığı müddət daxilindədir. Beləliklə, bu bənd mütləq əlavə edilməlidir ki, məzunlar vaxt itirmədən vəkillik prosesinə qoşula bilsinlər.
Əlavə təhsilə daxil olanlar yenə də bütün peşə keyfiyyətini yoxlayan mərhələlərdən keçəcək: yazılı test, inzibati təlimlər və müsahibə. Bu filtr onların peşə hazırlığını təmin edir və “diplom aldıqndan sonra bir illik staja malik olmamaq” peşə keyfiyyətinə heç bir təhlükə yaratmır. Konkret misallar deyirəm. Məsələn, hazırda dövlət qurumlarında, hüquq şirkətlərində, vəkil bürolarında hüquqşünas kimi işləyənlər var. Birinci təhsilləri fərqlidir, lakin hüquq üzrə əlavə təhsil alırlar. Onların belə fəaliyyəti staj diplomdan sonra götürüldüyü üçün hesaba alınmır.
Eyni zamanda, ikinci təhsilin staj kimi tanınması ömürboyu öyrənmə prinsipinə uyğundur və əmək bazarının tələblərinə cavab olaraq ixtisas dəyişdirmə meyillərini təşviq edir.
Nəzərə almaq lazımdır ki, ölkədə hüquqşünasların sayı beynəlxalq göstəricilərdən onsuz da azdır. Üstəlik, əlavə təhsil alanların malik olduqları bilik və təcrübələr onları hüquqşünas kimi daha yaxşı yetişdirir.
Bütün bunları nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, çox hörmətli Əli Hüseynlidən və komitənin bütün üzvlərindən bu təklifə diqqətlə yanaşmağı xahiş edirəm.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru