"Nizami City" bizi cana yığıb, başımıza oyun açır": Vətəndaşın evi görün nə hala düşdü — Qalmaqal (VİDEO)

SOSİAL 17 sentyabr 2025, 19:57

Yasamal rayon sakini Yasəmən İbrahimova "Nizami City" yaşayış kompleksinin qanunsuz fəaliyyətindən şikayətçidir.

Problemini Sitat.info vasitəsilə ictimailəşdirməyə çalışan vətəndaş bildirir ki, şirkət evinin dörd tərəfini hasara alaraq, tikinti işləri aparır.

Məsələ ilə bağlı vəziyyəti yerində araşdırmaq adıçəkilən ünvana baş çəkdik. Qarşılaşdığımız mənzərə bizi məyus etdi. Yasəmən İbrahimovanın evinin ətrafı xarabalığı xatırladır.  Dörd bir tərəfdə nəhəng kranlar işləyir, hər an təhlükəli vəziyyət yaşana, faciə baş verə bilər.

Ərazidə nəinki tikinti normaları  pozulub, sanki vətəndaşın evinin içərisində iş gedir. 

Y. İbrahimova deyir ki, ağır texnikaların işləməsi səbəbindən evində dərin çatlar yaranıb, evin uçmaq təhlükəsi var. 

Ən təhlükəlisi isə odur ki, tikinti aparılan ərazi ilə ev arasında cəmi 3 metrlik məsafə var.

Şikayətçilər bu haqda daha ətraflı Sitat.inifo-ya danışıblar.

Qeyd edək ki, oxşar hadisə ötən il də baş vermişdi. Saytların yazdığına görə , F.İbrahimbəyov küçəsi ev 16-nın sakini ilə "Nizami City" MTK arasında qalmaqal yaşanıb. Qeyd olunub ki, söküntü işi həyata keçirən tikinti şirkəti vətəndaşa rəsmən bir işgəncə yaşadıb. 

Məsələ ilə bağlı "Nizami City" yaşayış kompleksinin nümayəndələrinin də mövqeyini öyrənməyə çalışdıq. Bildirək ki, şirkət əslən İmişli rayonundan olan Afiq adlı iş adamına məxsusdur. Onun heyvandarlıqla məşğul olan sahibkar olduğu bildirilir. Açıqlama videoreportaja əlavə olunub.

Daha ətraflı videoreportajdan izləyin...

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top