"Fənərbağça" xal itirdi

İDMAN 17 sentyabr 2025, 23:12
Türkiyə Superliqasının birinci turundan təxirə salınmış "Fənərbağça" - "Alanyaspor" matçı keçirilib.

Demokrat.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma sülhlə başa çatıb - 2:2.

Görüşdə iki xal itirən İstanbul təmsilçisi azarkeşlərini məyus edib. Matçda hesabı qonaqlardan İbrahim Kaya açıb.

Nelson Semedo və Yusif En-Nesri fərqlənərək "Fənərbağça"nı hesabda önə keçiriblər. Buna baxmayaraq, Yusuf Özdemir son dəqiqələrdə qol vuraraq, ev sahiblərinin qələbə qazanmalarına imkan verməyib.

Qeyd edək ki, Taliska penaltidən fərqlənə bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top