Portuqaliya mətbuatı “Qarabağ”ın “Benfika”nı məğlub etməsindən yazdı

İDMAN 17 sentyabr 2025, 17:20
UEFA Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubu Lissabonda “Benfika” üzərində möhtəşəm qələbə qazanaraq (3:2) tarix yazdı. Azərbaycan çempionu 0:2 hesabı ilə geri düşdükdən sonra inanılmaz geri dönüş edərək üç xal əldə etdi.

Demokrat.az xəbər verir ki, matçın 85-ci dəqiqəsində Oleksiy Kaşçukun vurduğu qələbə qolu barədə Portuqaliyanın nüfuzlu “A Bola”  portalında geniş məqalə yayımlanıb.

Portuqaliya mediası həmin epizodu “Benfika” klubunun “müdafiəsində passivlik nümunəsi” kimi dəyərləndirib.

Məqalədə qeyd olunur ki, “Qarabağ”ın cərimə meydanında cəmi üç oyunçusu olduğu halda, “Benfika” altı müdafiəçi ilə mövqedə olmasına baxmayaraq, komanda rəqibin hücumunu dayandıra bilməyib və nəticədə Kaşçuk tarixi qola imza atıb.

Portuqaliya yazır ki, bu epizod “Benfika”nın diqqətsizliyi və boşluqlarından qaynaqlanıb. 

Qeyd edək ki, bu qələbə Azərbaycan futbolu üçün Çempionlar Liqasında qrup mərhələsində qazanılmış ilk səfər qələbəsi kimi tarixə düşüb.


Ruslan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top