Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək — SƏRƏNCAM

MƏDƏNİYYƏT 17 sentyabr 2025, 17:42
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

Qeyd edək ki, bu il Fətəli xan Xoyskinin 150 illiyi tamam olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top