
NASA təxirə salınmış işdən azadetmə proqramı çərçivəsində bir neçə min əməkdaşını ixtisar edəcək.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Bu təşəbbüs Ağ Evin federal məmurlar aparatının kiçildilməsi üzrə proqramı çərçivəsində reallaşdırılır.
NASA-nın məlumatına görə, işdən çıxarılacaq əməkdaşların ümumi sayı 3 870 nəfərə çata bilər.
Qeyd edək ki, 2025-ci ildə NASA əməkdaşlarına hökumətin təxirə salınmış işdən azad etmə proqramında iştirak etmək üçün iki ayrı fürsət təklif edilib.
Proqramın iki mərhələsinin yekunları üzrə NASA-nın mülki işçilərinin sayının təxminən 14 min olacağı gözlənilir.