Tovuzda əkin sahələrini yandıran şəxslər saxlanılıblar

GÜNDƏM 26 iyul 2025, 21:32
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Polis şöbəsindən Demokrat.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

Hadisənin törədilməsində şübhəli bilinən İ.Məmmədov və R.Hüseynov saxlanılıblar və barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top