Ukrayna hərbçiləri Rusiya alayının komandirini öldürüblər

DÜNYA 26 iyul 2025, 22:36
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun 69-cu motoatıcı diviziyasının 83-cü motoatıcı alayının komandirini öldürüb.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Xortitsa" əməliyyat-strateji qüvvələr qrupunun bəyanatında bildirilib.

Əməliyyat məlumatlarına görə, öldürülən komandir, polkovnik Lebedev Xarkov vilayətində Velikoburluk istiqamətində hücum əməliyyatlarına rəhbərlik edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top