
“Rusiya və Ukrayna İstanbulda görüşmək niyyətlərini bəyan edirlər. Tramp da bu prosesdə maraqlıdır. Üç liderin İstanbulda görüşəcəyinə inanıram”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Balkan Sülh Platforması çərçivəsindəki çıxışı zamanı deyib.
Nazir bölgədəki regional problemlərin həll yollarını qabardaraq, vurğulayaraq, liderlər formatında görüşün də istanbulda gerçəkləşə biləcəyini açıqlayıb:
“Bu yaxınlarda üçüncü raundda yekunlaşdırdığımız İstanbul danışıqlarının əsas gündəm bəndlərindən biri də liderləri bir araya gətirməkdir. Hər üç iclasda məhbus mübadiləsi, hazırkı atəşkəslə bağlı tərəflərin mövqelərinin anlaşılması, liderlərin görüşü müzakirə olunub. Rusiya ilə indiki görüşlərin nə vaxt və necə olacağı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub. Bilirik ki, Tramp da atəşkəslə bağlı razılığa gəlməkdə maraqlı olacaq”.