Özbəkistan Prezidentini təhqir edən şəxslə bağlı açıqlama — Azərbaycanda tutulmuşdu

DÜNYA 26 iyul 2025, 10:32
Xəbər verdiyimiz kimi, Özbəkistan tərəfindən beynəlxalq axtarışa verilmiş 43 yaşlı Omonbek Yusubov Azərbaycanda saxlanılıb və daha sonra ölkəsinə təhvil verilib.

Demokrat.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, bu ölkənin prokurorluğu ekstradisiya prosesi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi təhqir etdiyinə görə barəsində cinayət işi açılmış şəxs beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun keçirilmiş prosedurla Azərbaycandan təhvil alınıb.

Açıqlamada qeyd edilib ki, Özbəkistan Prezidentini internet resurslarında təhqir edənlər şəxsi cinayət məsuliyyəti daşıyırlar və onların tutularaq ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Bir müddət əvvəl oxşar əməlləri törətmiş 25 yaşlı Özbəkistan vətəndaşının da xarici ölkələrdən birində tutularaq Daşkəndə gətirilməsi məlumatda xatırladılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top