
"Allah mənə nəyi nəsib etdisə, rəva bildisə, harada, hansı məqamda görmək istədisə, həmin məqamdayam".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova aparıcı Fəxriyyə Lilparın "Xəzərin sahilində" verilişində deyib. Xanəndə həyatından danışıb:
"Allah istəyəndə bəndə heç nə edə bilməz. Neçəsi yığsın, tutsun, ayağından çəkə bilməz. İndiki vəziyyətim Allahın işidir. Buna inanıram. Buna heç bir bəndə mane ola bilməz. İndi nə addımlar atıramsa Allahın işidir.
Bəzən deyirlər, filan adamlar yaxın, dost idilər, amma aralandılar. Bunu da Allah edir. Bəzən biz görmədiyimizi Allah görür və uzaqlaşdırır".
S.İsmayılova qadağalarından danışıb:
"Əvvəlki bağlarda çəpər yox idi. Hamı bir-birinin evinə gedirdi. Bizim həyətdə üzüm var idi. Qonşularla bölüşürdük. İnsanlar bir-biri ilə bölüşməyi bacarmalıdır.
Həyatımda olar və olmazlarım da körpə yaşımdan başlayıb. Bu gün də belədir. Əgər ailəni, ətrafını düşünürsənsə, olmazlar olmalıdır. İnsan özü üçün yaşaya bilməz. Bu, sənə hörmət gətirə bilməz. Xalqım məni bir Azərbaycan qadını necə olursa, o cür görmək istəyirsə və mən muğam sənətindəyəmsə bu qadağalar olmalıdır. Geyimimə fikir verməliyəm. Əlimdə tutduğum qavalın dəyərinə görə nə gəldi geyinə bilmərəm. O geyimin içində muğam oxuya bilmərəm".