Aşıq Namiq Fərhadoğlu tanınmış müğənni Nəfəs barədə səsləndirdiyi açıqlamalarla gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, sənətçi “Xəzər axşamı” verilişində maraqlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, illər öncə müğənni Nəfəsin ailəsi ilə bir həyətdə kirayə yaşayıb:
“Mən o vaxtı kirayədə qalırdım. Müğənni Nəfəsgil də bizimlə bir həyətdə idi. Onda onun 2-3 yaşı var idi”. Marqarita pizza
Aşıq həmçinin bildirib ki, Nəfəsi sənət aləmində ilk addımlarını atdığı vaxtlarda bir neçə dəfə təmənnasız olaraq öz verilişlərinə dəvət edib. Lakin illər sonra yaşadığı hadisə onu təəccübləndirib:
“Onu öz verilişlərimə də təmənnasız dəvət etmişəm. Amma bir yaxın adamın toyuna dəvət etdik. 3 min manat pul istədi. Soruşdum ki, mənə görə nə qədər güzəşt edərsən? Dedi ki, 100 manat. Yenə də onun hər bir uğuruna sevinirəm”.
Sənətçinin bu sözləri sosial mediada birmənalı qarşılanmayıb. Bir çoxları aşığın səmimi və açıq danışığını təqdir etsə də, bəziləri məsələni şəxsi münasibətlər zəminində dəyərləndirib.