“Əməkdar” fəxri adına görə təqaüd alanların sayı AÇIQLANDI

SOSİAL 26 iyul 2025, 11:00
Respublika üzrə 4 470 şəxsə “Əməkdar” fəxri adına görə aylıq təqaüd ödənilir.

Demokrat.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, prezident təqaüdünün məbləği “Xalq” fəxri adına görə 300 manat, "Əməkdar” fəxri adına görə 200 manat təşkil edir.

Qeyd edək ki, fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.

Respublika üzrə fəxri adların siyahısı ilə belədir:

Xalq yazıçısı;
Xalq şairi;
Xalq artisti;
Xalq rəssamı;
Əməkdar elm xadimi;
Əməkdar incəsənət xadimi;
Əməkdar artist;
Əməkdar rəssam;
Əməkdar mədəniyyət işçisi;
Əməkdar müəllim;
Əməkdar həkim;
Əməkdar memar;
Əməkdar dövlət qulluqçusu;
Əməkdar bədən tərbiyəsi və idman xadimi;
Əməkdar jurnalist;
Əməkdar mühəndis;
Əməkdar hüquqşünas;
Əməkdar kənd təsərrüfatı işçisi;
Əməkdar pilot;
Əməkdar tibb işçisi;

Əməkdar kənd təsərrüfatı işçisi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top