İtaliya Baş naziri Corcia Meloninin hökuməti tərəfindən hazırlanan və qadın qatillərinə ömürlük həbs cəzası nəzərdə tutan qanun layihəsi parlamentin yuxarı palatası olan Senatda yekdilliklə qəbul edilib.
Demokrat.az xəbər verir ki, səsvermədə 200 üzvü olan Senatda layihənin lehinə 161 səs verilib, əleyhinə isə heç bir səs olmayıb.
Layihə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında da qəbul edildiyi halda rəsmi olaraq qüvvəyə minəcək.
Layihə eyni zamanda qadın qətli səbəbilə məhkum olunmuş şəxslərə həbsxanadakı güzəştlərin məhdudlaşdırılmasını özündə ehtiva edir.
Son dövrlərdə qadınlara qarşı zorakılıq hallarında artım və ötən il törədilmiş 113 qadın qətli İtaliya ictimaiyyətində ciddi narahatlıq doğurub. Bu hadisələrdən sonra hökumət hərəkətə keçmiş və layihəni 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində ictimaiyyətə təqdim etmişdi.
Jalə
Demokrat.az