Həkim, kardioloq, endokrinoloq Zaur İslamov Azərbaycanda şəkərli diabet xəstələrinin sayının artığını deyib. O bildirib ki, Ən geniş yayılmış növ 2-ci tip, yəni insulindən asılı olmayan şəkərli diabetdir.
Özümüzü bu xəstəlikdən necə qoruya bilərik?
Endokrinoloq Günel Axundova Demokrat.az-a açıqlamasında deyib ki, şəkərli diabet, xüsusilə də 2-ci tip diabet, son illər Azərbaycanda və dünyada ciddi şəkildə artan sağlamlıq problemlərindən biridir:
“Bu növ daha çox yaşlılarda, artıq çəkili insanlarda və az hərəkətli həyat tərzi sürənlərdə müşahidə olunur. Şəkərli və işlənmiş məhsullardan uzaq durmaq lazımdır. Daha çox təbii məhsullara, yəni tərəvəz, meyvə, bütöv dənli məhsullar paxlalılar və sağlam yağlara üstünlük verilməlidir. Karbohidrat qəbuluna nəzarət etmək, yəni qanda şəkəri sürətlə qaldıran qidalar azaldılmalıdır Həftədə ən azı 150 dəqiqə orta səviyyəli fiziki fəaliyyət məsləhətdir. Artıq çəki və piylənmə 2-ci tip diabetin əsas risk faktorlarındandır. Sağlam çəkiyə çatmaq və onu qorumaq xəstəliyin qarşısını almağa ciddi kömək edir”.
Həkim əlavə edib ki, ailəsində şəkərli diabet olan şəxslər risk altındadır:
“Bu səbəblə müntəzəm şəkər testi etdirmək vacibdir. Prediabet mərhələsində aşkar edilərsə, həyat tərzi dəyişikliyi ilə tamamilə qarşısı alına bilər. Siqaret çəkənlərdə 2-ci tip diabet riski yüksəkdir. Alkoqol qəbuluna nəzarət edilməlidir – xüsusən şəkərli içkilər və kokteyllərdən uzaq durmaq lazımdır. Uzunmüddətli stress hormonlar balansını pozaraq insulinə qarşı müqaviməti artırır. Keyfiyyətli yuxu və psixoloji rahatlıq sağlam qalmağın ayrılmaz hissəsidir”.
Leyla Turan
Demokrat.az