
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, 1989-cu təvəllüdlü Ayaz Məmmədovu, avtomobil vurub.
Xəstəxanaya çatdırılan şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.