Ayağı ayağın üstünə aşırıb oturmaq ZƏRƏRLİ İMİŞ

MARAQLI 25 iyul 2025, 00:05
Bir çox insan üçün ayağını ayağının üstünə aşıraraq oturmaq adi vərdişdir. Bu bəzilərinə rahat görünsə də, nevroloq Olqa Zinçevanın fikrincə, bu pozada uzun müddət qalmaq tövsiyə olunmur. Onun sözlərinə görə, bu vəziyyət onurğa üçün təhlükəlidir.

Bizim.Media xəbər verir ki, insan bədəni ümumiyyətlə uzun müddət oturaq vəziyyətdə qalmaq üçün nəzərdə tutulmayıb.

Oturaq pozisiyada olmaq dayaq-hərəkət sisteminə böyük yük salır. Əgər ayaq ayağın üstünə aşırılıbsa, bu yük onurğa sütununda daha da artır.
 
“Belə pozisiya onurğa sütununun duruşunu pozur, bədən simmetriyasını dəyişdirir. Çiyinlər irəli əyilir, bədən qabağa meyillənir, onurğanın aşağı hissəsi qeyri-təbii şəkildə əyilir. Zamanla bu, disk protruziyası, fəqərəarası yırtıq, spondiloz və spondiloartroz kimi ciddi problemlərə gətirib çıxara bilər. Gərginləşmiş bel əzələləri ağrı, gərginlik və hərəkət məhdudiyyətinə səbəb olur”, — deyə nevroloq bildirib.

Zinçevaya görə, ayağını ayağın üstünə aşırıb oturmağın başqa bir mənfi təsiri də var: bu vəziyyət baldırın xarici tərəfində yerləşən peroneal sinirin sıxılmasına və zədələnməsinə səbəb ola bilər. Bu isə “aşağı sallanan ayaq” sindromuna gətirib çıxara bilər.

Belə halda insanın ayağını yuxarı qaldırmağa cavabdeh olan əzələlər zəifləyir və normal addımlamaq çətinləşir.
 
Zinçeva oturaq həyat tərzi keçirənlərə tövsiyələr də verib. Onun sözlərinə görə, bu insanlar mütəmadi olaraq ayağa qalxmalı, isinmə hərəkətləri etməli və bədən vəziyyətini dəyişməlidirlər ki, qan dövranı yaxşılaşsın:

“Əgər ayağı aşıraraq oturmaq vərdişindən tam imtina edə bilmirsinizsə, pozaları dəyişin, eyni vəziyyətdə çox oturmayın. Duruşunuzu nəzarətdə saxlayın, fasilələr verin, kompüter arxasından ən azı hər saatda bir dəfə qalxın”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top