YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Kriminal aləmin üzvləri niyə əlcək taxır?

Kriminal aləmin üzvləri niyə əlcək taxır?

"Əlcək cinayətkarın izlərini gizlətməsinə zəmanət vermir"

Bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə idarəsinin baş kriminalisti Kseniya Katkova "RİA Novosti"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əlcəkdən istifadə cinayətkarın izlərini tamamilə gizlətməsinə imkan vermir. Çünki əlcəyin özünəməxsus izləri və hazırlandığı materialın mikrozərrəcikləri aşkar edilə bilər. Ekspertlər bu izləri əlcəklə əlaqələndirə, daha sonra DNT analizi vasitəsilə onun sahibini müəyyənləşdirə bilərlər.

Katkova qeyd edib ki, müasir dövrdə tamamilə izsiz qalmaq mümkün deyil. Barmaq və ayaqqabı izləri, DNT nümunələri, eləcə də rəqəmsal izlər şəxsin müəyyənləşdirilməsinə kömək edə bilər.

B
Qeyd edilməyib