YapiKredi Müraciət Forması
Sağlamlıq

1 qədəhdən heçnə olmaz deyənlərin diqqətinə...

1 qədəhdən heçnə olmaz deyənlərin diqqətinə...

"Alkoqolun təhlükəsiz dozası mövcud deyil"

Bunu "Alkomed" klinikasının narkologiya şöbəsinin müdiri Andrey Tyurin "lenta.ru"ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, dünyada milyonlarla insan axşam yeməyində bir qədəh şərab və ya bir stəkan pivə içməyi zərərsiz vərdiş hesab edir. Lakin mütəxəssis vurğulayıb ki, alkoqolun az miqdarda və müntəzəm qəbulu da sağlamlıq üçün risk yaradır.

"Ümumdünya Səhiyyə Təşkilatı artıq bir neçə ildir ki, "alkoqolun təhlükəsiz dozası" ifadəsindən istifadə etmir. Bunun əvəzinə sağlamlığa təsir riski aşağı, orta və ya yüksək səviyyədə qiymətləndirilir", – deyə Tyurin bildirib.

Onun sözlərinə görə, bəzi yanaşmalarda həftə ərzində kişilər üçün 14, qadınlar üçün isə 10 standart alkoqol dozası şərti olaraq aşağı risk həddi kimi göstərilir. Bununla belə, həkim qeyd edib ki, bu göstəricilər təxminidir və yalnız sağlam yetkin insanlara aid edilə bilər.

Narkoloq əlavə edib ki, alkoqolun müntəzəm qəbulu beyində həzz hissi ilə əlaqəli dopaminin ifrazını stimullaşdırır. Nəticədə insan həzz almağı alkoqolla əlaqələndirməyə başlayır və bu, asılılığın yaranması riskini artırır.