Xəbər verdiyimiz kimi, Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı görüntülər yayılıb.
İddiaya görə, Tovuz rayon Əlimərdanlı kənd Mərdan Musayev adına tam orta məktəbinin Günel adlı müəllimi özünə təmtəraqlı tədbir təşkil edib. Qeyd olunur ki, o, valideynlərdən hədiyyə qismində zinət əşyası tələb edib.
Məsələ ilə bağlı Modern.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib.
"Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur. Bu baxımdan, valideynlərə bir daha müraciət edərək xatırladırıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır. Ona görə də etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".