Ruslar buradan kütləvi şəkildə daşınmaz əmlak alırlar

DÜNYA 22 oktyabr 2024, 20:56
2024-cü ilin sentyabr ayının sonunda ruslar arasında Bali adasında daşınmaz əmlaka tələb 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.

 Demokrat.az xəbər verir ki, bu barədə “Lente.ru” Ageeva daşınmaz əmlak agentliyinin ekspertləri məlumat verib. 

Onların fikrincə, Rusiya Federasiyasının vətəndaşlarını rahat yaşayış şəraiti cəlb edir. Ruslar üçün Balidəki daşınmaz əmlak təkcə ilin istənilən vaxtında istirahət etmək deyil, həm də onun icarəsindən sabit gəlir əldə etmək imkanıdır.

Ruslar arasında ən populyar mülklər arasında villalar var. Rusiya Federasiyasından olan turistlər böyük torpaq sahəsi, hovuzu və okeana mənzərəsi olan iri mülklər alırlar. Tələbin cəmi 25 faizi mənzillərə aiddir.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top