SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur

GÜNDƏM 22 oktyabr 2024, 14:28
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.

Bu barədə Demokrat.az "Report"a istinadən xəbər verir ki, "SOCAR Downstream Management" MMC məlumat verib.

Məlumatda deyilir ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb: "Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Əlavə məlumat təqdim olunacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 14:35
Top