Bakının kanalizasiya sistemini yeniləmək mümkündür? — AÇIQLAMA

GÜNDƏM 22 oktyabr 2024, 13:40
İki gündür yağan yağış yenə də paytaxtı iflic edib. Sosial şəbəkələrdə yayılan videolardan mənzərə aydın olur.  Şəhərin mərkəzində yollar, körpülər suya qərq olub, avtomobillərin hərəkəti çətinləşib, küçədə qalan insanlar evlərinə, evdəkilər vacib işinin arxasıyca gedib çıxa bilmir. Şəhərin kanalizasiya problemi gündəmdədir. 

Hidroloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, intensiv yağışlar zamanı Bakı kimi şəhərlərdə selin əmələ gəlməsi, əslində, normaldır:

“Əlbəttə ki, bu, infrastruktur çatışmazlığının nəticəsidir. Amma onu da deyim ki, bu cür sellər dünyanın əksər şəhərlərində də baş verir. Uzun müddət yağışlar yağmayandan sonra yağan leysan xarakterli yağışlara Bakının onsuz da köhnə kanalizasiyası sistemi tab gətirə bilmir. Biz şəhəri tamamilə qazıb kanalizasiya sistemini dəyişə bilmərik, bu, mümkün deyil. Xatırlayıram ki, vaxtilə Biləsuvar şəhərində buna cəhd edildi və bir neçə il ərzində şəhərdə həyat tamamilə iflic oldu. Təsəvvür edin ki, Bakı kimi şəhərdə biz bunu etsək, nə baş verər...”

Ekspert onu da əlavə edib ki, yeni salınan ərazilərdə, yollarda bu məsələ nəzərə alınmalıdır:

“Xüsusilə də yolların meyilliliyi, su axarlar olmalıdır. İnkişaf etmiş şəhərlərdə suyu udan asfaltlardan istifadə edilir. Bu asfaltlardan Bakıda da istifadə edilsə, bu dərəcədə problemlər yaranmaz. Həm torpaq doyunca su içər, həm də göllər yaranmaz. Müasir texnologiyalar Azərbaycana gətirilib tətbiq olunmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 16:37
Top